Tanınmamış Cənubi Osetiya Respublikasının “baş prokuroru”x9d Merab Çiqoyev yol qəzasında ölüb. Musavat.com-un məlumatına görə, olay Tsixinvalidə Stalin küçəsi ilə Alan Cioyev prospektinin kəsişməsində baş verib.
Polisdən verilən məlumata görə, “baş prokuror”x9d sabiq “baş nazirin”x9d müavini Alla Cioyevanın kiçik oğlunun toyundan evinə qayıdırmış. Öz maşınına yaxınlaşarkən onu başqa bir maşın vurub.
Şahidlərin sözlərinə görə, həmin avtomobilin sürücüsü sərxoş olub. Sürücü aradan çıxsa da, sonra polis tərəfindən saxlanılıb.