Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmeyer arasında danışıq olub.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat katibi Kerstin Qammelin bildirib.
Qammel qeyd edib ki, prezidentlər iki ölkə arasında otuz ildən artıq müddətdə inkişaf edən tərəfdaşlığı vurğulayıblar: “Prezident Ştaynmayer Almaniyanın davamlı dəstəyini qeyd edərək:
“Biz Ukraynanı siyasi, humanitar, maliyyə, hərbi cəhətdən - əlimizdən gələn və lazım olanla, müttəfiqlərimizlə koordinasiyalı şəkildə dəstəkləyirik".
Məlumata görüş videoformatda baş tutub.
Bizim.Media