Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, həlak olanlardan 6-ı uşaqdır.
Məlumata görə, ölü sayının qarşıdakı günlərdə daha da artacağı ehtimal edilir.
Ərazidə xilasetmə işləri davam edir.
Bizim.Media