Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-yə gedir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çavuşoğlu 17-20 yanvar tarixlərində ABŞ-də rəsmi səfərdə olacaq.
Həmçinin, Vaşinqtonda Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında ikitərəfli görüş keçiriləcək. Görüş zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə ediləcək.
Qeyd edilib ki, görüş yanvarın 18-də ABŞ Dövlət Departamentində baş tutacaq.
Bizim.Media