“Azərbaycan Ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib”.
Bizim.Media xəbər verir ki, bunu “HaberTurk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
Bayraktar bildirib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyə etmək üçün helikopter verə bilməyən ölkədən ən müasir PUA-lar verən Türkiyəyə çevrilib:
“Bu gün Türkiyə tərəfindən hazırlanmış SİHA texnologiyasını Azərbaycana çatdırırıq. Hədəflərin 75 faizi Bayraktar TB2 ilə vurulur”.
Bizim.Media