İranın Rudan, Ərak, Şiraz və Zahidan şəhərlərinin zindanlarında son 3 gün ərzində 9 məhkum edam edilib.
Bizim.Media İran İnsan Haqları Təşkilatına istinadən xəbər verir ki, onlar “narkotik maddələrin alveri və adam öldürməkdə” təqsirləndiriliblər.
Edam edilənlərdən biri Miraxan Məhəmmədi adlı 26 yaşlı Əfqanıstan vətəndaşıdır.
Son məlumata əsasən, 2022-ci ilin dekabr ayının əvvəlinə qədər İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfər dar ağacından asılıb.
Bizim.Media