ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bujar Osmani öz "Twitter"ində paylaşım edib.
"Qatarla doqquz saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və regionda insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik", paylaşımda deyilir.




Bizim.Media