ABŞ və Sinqapur donanmaları birgə hərbi təlimlərə başlayıblar.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə “The Straits Times” nəşri yazıb.
Bildirilib ki, bu, 2020-ci ildən bəri ilk belə təlimdir. Belə ki, “USS Makin Island” desant gəmisinin iştirak etdiyi təlimlər Sinqapurun ərazi sularında keçirilir. Təlimlər yanvarın 13-dək davam edəcək.
Qeyd olunub ki, təlimlərin məqsədi tərəflərin bacarıqlarını artırmaqdır.
Bizim.Media