"Kreml çar Rusiyasının XIX əsrdə yürütdüyü siyasəti davam etdirir".
Axar.az xəbər verir ki, bu sözləri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndəsi Cef Mankoff bildirib.
Mankoff Kremlin XIX əsrdə yürüdülən siyasəti davam etdirdiyini, Rusiyanın beynəlxalq hadisələrə Qərbin baxışından fərqli yanaşdığını bildirib:
"Əgər "Ərəb baharı"nı Qərb daha çox demokratiya və insan haqları ilə bağlayırsa, Rusiya bunu dünyəviliyə qarşı dini bir hərəkət olaraq dəyərləndirir. Rusiya Suriya rejiminin yaşamasını istəyir, bununla Ukrayna və Yaxın Şərqdə təkrar söz sahibi olmaq niyyətindədir. Kreml bu siyasəti ilə ABŞ-a qarşı balans yaratmağa çalışır".