Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən keçmiş məhbusların birinci qrupu 6 aylıq xidmət müqaviləsini başa vurub və əfv olunublar.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin jurnalistlərə açıqlamasında bildirib.
Belə ki, Priqojin Ukraynada Ukrayna “Vaqner”in tərkibində vuruşan məhbusların fəallığından söz açıb.
Qeyd edək ki, əfv olunanların birinci qrupuna iyirmi keçmiş məhbus daxildir. Məlumata görə, onlar Ukraynadakı xidmətlərinə görə məvacib alıblar. Eyni zamanda döyüş əməliyyatlarında xəsarət alanlara kompensasiya da ödənilir.
Bizim.Media