“Biz ölkənin müdafiə sənayesini inkişaf etdirməyə davam edəcəyik”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Rusiya donanmasının yeni freqatı "Admiral Qorşkov"u hərbi xidmətə göndərməyi əmr edib.
Freqat Atlantik, Hind okeanları, eləcə də Aralıq dənizi üzərindən uzun bir səyahətə göndərilib.
Müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, kampaniya zamanı “Admiral Qorşkov” “Zirkon” hipersəs raketləri ilə təlimlər keçirəcək. Zirkonun bir xüsusiyyəti odur ki, raketdən müdafiəni aşmağa zəmanət verilir.
Bizim.Media