Ukrayna Silahlı Qüvvələri hazırda rusların nəzarətində olan Luqansk vilayətinin Svatovo şəhərində Rusiyanın silah-sursat anbarına hücum edib.
Bizim.Media xəbər verir ki, internetdə partlayışın videosu yayılıb.
Əməliyyatı əsas bazası Xarkov vilayəti olan Ukrayna quru qoşunlarının 92-ci briqadasının xüsusi təyinatlı qüvvələri həyata keçirib. Ukrayna hərbçiləri iki həftə ərzində “Ural” yük maşınları ilə silah çatdıranları izləyib.
Bizim.Media