Ukrayna hərbçiləri Xerson vilayətinin Pravye Saqi kəndində rusların bazasına hücum edib.
Bizim.Media xəbər verir ki, Ukraynaya məxsus Telegram kanalları və mediası Rusiya hərbçilərinin “Grand Prix” şəhərətrafı kompleksin ərazisində yerləşdiyi barədə məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələri kompleksin bir neçə binasını dağıdıb. Zərərlər dəqiqləşdirilir.
Yerli ictimaiyyət rusların təslim olduğunu bildirib. Rusiya hərbçiləri mütəmadi olaraq “Grand Prix”dən fotoları sosial şəbəkələrdə yerləşdirib.
Bazada Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahının QRU-nun 10-cu briqadasından olan hərbçilərin olduğu iddia edilir.
Bizim.Media