Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, mərasimdən “Globo” portalı canlı yayım edib.
Futbolçu ilə vidalaşmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı idmançılar, hökumət rəsmiləri, həmçinin FİFA prezidenti Canni İnfantino da var. Dünya futbolunun əfsanəsi ilə vidalaşmaq üçün bəzi azarkeşlər 14 saatdan çox növbəyə dayanıblar.
Vida mərasiminin bir gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Pele 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media