Qatı duman səbəbindən 20-dən çox reys İstanbulun yeni hava limanına yönləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “DHA” agentliyi məlumat yayıb.
“Səhər saatlarında şəhərin şərq hissəsindəki Sabiha Gökçen Hava Limanına eniş etməli olan 22 təyyarə İstanbulun yeni hava limanına istiqamətləndirilib”, - deyə agentlik bildirib.
Sabiha Gökçen Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, aeroportun uçuş-enmə zolağı təyyarələri qəbul etmək üçün bağlıdır, hava limanından uçuşlar bir saatlıq fasilədən sonra normal rejimdə həyata keçirilir.
Bizim.Media