“Biz İranda insan hüquqlarının kütləvi şəkildə pozulmasının şahidi oluruq və bunu qətiyyətlə pisləyirik”.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoni Quterreş 2022-ci ilin son konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O, 19-20-21 dekabr tarixlərində İranın müxtəlif şəhərlərində etirazların yatırılmasını qəbuledilməz adlandırıb.
Quterreş İranla nüvə sazişinin ciddi təhlükə altında olduğunu deyib.
Onun sözlərinə görə, bu məsələ regionda və dünyada sabitliyə mənfi təsir edəcək.
Bizim.Media