Türkiyə prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Anadolu” agentliyində yer alıb.
"Dünən CHP lideri Kılıçdaroğlu deyib ki, İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu ilə ata-oğul kimidir. Onun fikirlərinə cavabım budur: "Cənab Kamal, oğluna sahib çıx, hazırda başqa valideyn axtarır”. Onların nə etdikləri, hansı oyunu oynadıqları bizi maraqlandırmır. Biz işimizlə məşğul olacağıq" deyə o, qeyd edib.
Bizim.Media