Avstriya parlamentinin 183 deputatı 183 iranlı siyasi məhbusun himayəsini öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "iranintl.com" nəşri məlumat yayıb.
Bildirilib ki, Milli Şura Məclisinin bütün üzvləri İranda həbs edilmiş etirazçıların vəziyyətinə diqqəti cəlb etmək məqsədi ilə bu addımı atıblar.
Qeyd edilib ki, həmin məhbuslardan bəziləri edam təhlükəsi ilə üz-üzədir.
Bizim.Media