Xəbər verdiyimiz kimi, ötən günlərdə Dünya Çempionatının finalında qalib olan Argentinanın ulduzu Lionel Messi ilə şəkil çəkdirmək istəyən Türkiyənin məşhur aşbazı Nüsrət Gökçenin görüntüləri gündəm olmuşdu.
Bizim.Media xəbər verir ki, Nüsrət də öz növbəsində Messinin arxiv görüntülərini yayıb.
Görüntülərdə Messinin aşbazla şəkil çəkdirmək istədiyi görünür.
Qeyd edək ki, Nüsrətin foto çəkdirmək üçün futbol meydançasında Messinin qolundan dartması sosial media əhli tərəfindən müzakirə predmetinə çevrilib.
Bizim.Media