Bu ilin fevralın 23-dən etibarən Ukraynada qalan Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi ölkəyə geri qayıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi Kayseriyə qayıdır.
Bizim.Media