Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.
“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, - deyə Yenin bildirib.
O bildirib ki, müdafiə xətlərinə atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxildir:
“Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik. Lakin paytaxt Kiyevin enerji infrastrukturunun bir hissəsi xeyli zədələnib və energetiklər elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləyirlər”.
Bizim.Media