“Bir çox həmkarımla, o cümlədən Fransa prezidenti ilə işgüzar əlaqələrim var. Biz həqiqətən də telefonla əlaqə saxlayırıq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarusta prezident Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Rusiya lideri Makronun Moskvaya Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra gəldiyini xatırladıb.
Qeyd edək ki, dekabrın 16-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin cədvəlində Makronla heç bir danışığın planlaşdırılmadığını bildirib.
Bizim.Media