“Taxıl müqaviləsi çərçivəsində Ukraynadan ixrac edilən buğdanın böyük hissəsi inkişaf etməkdə olan ölkələrə (İEOÖ) göndərilib”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş keçirdiyi mətbuat konfransında bildirib.
Baş katib qeyd edib ki, bu ölkələr siyahısına Əfqanıstan, Efiopiya, Somali və Yəmən var. Belə ki, həmin ölkələrə humanitar əməliyyatlara dəstək məqsədilə Ümumdünya Ərzaq Proqramı tərəfindən 380 min ton buğda tədarük edilib.
Bizim.Media