Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edərək üstün xidmətə görə mükafatlandırılan və qazi olan əsgərlərə Moskva vilayəti, Krım və Sevastopolda pulsuz torpaqların verilməsini dair qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, qərar Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin rəsmi saytında dərc olunub.
Qərara əsasən münaqişə zamanı və ya xəstəlik səbəbindən “xüsusi hərbi əməliyyat” bölgəsində həlak olan əsgərlərin yaxınlarına sosial dəstək nəzərdə tutulur.
Qeyd olunub ki, qərar imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media