Bu gün Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi baş verib. 60 Ukrayna hərbçisi vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri Prezident aparatının rəhbəri Andrey Yermakın Telegram kanalına istinadən yayıb.
“Daha bir uğurlu əsir mübadiləsi. Simvolik olaraq Ukrayna Silahlı Qüvvələri Günündə 60 əsgər (58 kişi və iki qadın) evə qayıdır. Onlardan 15-i zabit, 45-i sıravi və çavuşdur”, - deyə o bildirib.
Bizim.Media