İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən yazılı açıqlamaya görə, Hörmüzqan əyalətinin Kunq şəhərində qeydə alınan zəlzələ yerli vaxtla saat 18:47-də qeydə alınıb.
Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib. Can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Bizim.Media