İsrail və ABŞ İrana zərbələr endirmək üçün hava təlimləri keçirmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “The Times of Israel” nəşrində yerləşdirilib.
Təlimlər İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) rəhbəri Aviv Koxavinin keçən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb.
İlk təlimlər noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimlərdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək.
Onlar regional təhlükələr qarşısında bir sıra ssenariləri həyata keçirəklər.
Bizim.Media