Belarusun paytaxtı Minsk şəhərində xarici işlər naziri Vladimir Makeylə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Pul pervoqo” nəşri yayıb.
Mənbə yazır ki, nazirlə ilk vidalaşan prezident Aleksandr Lukaşenko olub.
Xatırladaq ki, Makey bir neçə gün öncə qəfildən dünyasını dəyişib. Onun əsl ölüm səbəbi açıqlanmır. İddiaya görə, o zəhərlənib.
Bizim.Media
