ABŞ dövlət katibi Entoni Blinken və Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə E.Blinken tviterdə yazıb.
“Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik”, - ABŞ xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Bizim.Media