Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı apardığı əməliyyatları davam edir.
Bizim.Media Türkiyə mətbuatına istinadın xəbər verir ki, qardaş ölkə hərbçiləri YPG terror təşkilatının (PKK-nın Suriya qanadı - red.) 14 silahlısını zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, zərərsizləşdirilən silahlılar “Sülh çeşməsi” və “Zeytun budağı” antiterror əməliyyatı zonalarında sabitliyi pozmağa cəhd ediblər.
Bizim.Media