İrlandiya Məlumatların Mühafizəsi Komissiyası “Meta Platforms Inc”i cərimələyib.
Bizim.Media-nın məlumatına görə, buna səbəb şirkətin yarım milyarddan çox "Facebook" istifadəçisinin məlumatlarının sızmasının qarşısını ala bilməməsidir. Şirkət bu səbəbdən 265 milyon avro cərimələnib.
Bildirilir ki, 106 ölkədə 533 milyon "Facebook" istifadəçisinin adları, doğum tarixləri, telefon nömrələri və e-poçt ünvanlarından ibarət məlumat bazasının hakerlərin forumunda yerləşdirilib.
Bu, Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində indiyə qədər üçüncü ən böyük cərimədir. Bu qaydalar toplusuna əsasən, Avropa tənzimləyiciləri şirkətləri illik gəlirlərinin 4%-ə qədər cərimələyə bilər.
Bizim.Media