“Apple" şirkəti "Twitter" sosial şəbəkəsində reklamını demək olar ki, tamamilə dayandırıb.
Bizim.Media xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində sosial şəbəkənin sahibi İlon Mask yazıb.
"Apple" əsasən "Twitter"də reklamı dayandırıb", - deyə İ.Mask bildirib.
Qeyd edək ki, bundan əvvəl noyabrın 27-də “Financial Times” da belə bir məlumat dərc etmişdi. Yazıda qeyd edilmişdi ki, bütün əsas qlobal brendlər “Twitter”də reklamını müvəqqəti dayandıracaq.
Bizim.Media