Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçıları toplantısında iştirak etmək üçün Rumıniyaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı tviterdə bildirib. Nazir artıq Buxarestdədir.
Qeyd edək ki, 30 NATO üzvünün xarici işlər nazirlərinin ikigünlük görüşü noyabrın 29-30-da Rumıniyada keçirilməsi təsadüfi deyil.
Təşkilatın rəhbərliyi bununla da NATO-nun şərq cinahına və Rusiyanın Ukraynaya hücumundan sonra Alyansın xüsusi diqqətini çəkən Qara dəniz regionuna dəstək nümayiş etdirir.
Bizim.Media