İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, çavuş Halil İbrahim Yiğit PKK terrorçuları ilə atışmada şəhid olub.
Bildirilib ki, Türkiyənin Hakkari şəhərinin İraqla sərhədyanı bölgəsində yerləşən Yüksəkova rayonunda xidmətdə olan hərbçinin 25 yaşı olub.
Bizim.Media