Ukraynadakı enerji problemini çözməyin yolları açıqlanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov açıqlama verib.
O, qeyd edib ki, sözügedən problemi həll etmək üçün ölkəsinin 800 km mənzilli raketlərə ehtiyacı var.
“Ukrayna üçün enerji probleminin ən yaxşı və ən səmərəli çözümü 800 km və daha uzaqmənzilli raketlərdədir. Bu da generatorlarda önəmli dərəcədə qənaət etməyə imkan verəcək”, - o qeyd edib.
Bizim.Media