Dünyanın ən böyük vulkanlarından hesab olunan Mauna Loa aktivləşib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktivləşən vulkan püskürüb. Püskürmə bir müddət davam edib. Daha sonra isə Havay adalarında yerləşən vulkanın lavaları zirvədə dayanıb.
Bildirilib ki, lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər.
Qeyd edək ki, 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ildə 2 dəfə püskürüb.
Bizim.Media