Meymunçiçəyi xəstəliyi bundan sonra başqa cür adlanacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, meymunçiçəyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi sənədlərində "mpoks" kimi qeyd ediləcək.
Bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından bildirilib.
Qeyd olunur ki, bu adla yanaşı, növbəti bir il ərzində meymunçiçəyi adı da bərabər formada işlənəcək.
Daha sonra "mpoks" adı tam şəkildə qüvvəyə minəcək. Bu ad xəstəliyin ingiliscə "monkeypox" adının qısaldılmış variantıdır.
Bizim.Media