Çinin Pekin, Quançjou və Urumçi şəhərlərində karantin tədbirlərinə etirazlar fonunda bəzi məhdudiyyətlər yumşaldılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Quançjouda şəhər rəsmiləri koronavirus məhdudiyyətlərinə görə evlərini tərk etməyənləri məcburi gündəlik testlərdən azad edib.
Məlumata görə, Urumçidə virusun yayılma riski az olan yerlərdə nəqliyyat və çatdırılma xidmətləri yenidən işə başlayıb.
Qeyd edək ki, həftəsonu Çinin bir neçə şəhərində ölkənin anti-COVID tədbirlərinə qarşı nümayişlər keçirilib.
Bizim.Media