Fransada yerləşən beynəlxalq təşkilat Konqo Prezidentinə qarşı sui-qəsdə cəhd edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Politico" informasiya portalı məlumat yayıb.
Məlumata görə, adıçəkilməyən təşkilat Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedini zəhərləməyə cəhd edib.
Belə ki, beynəlxalq təşkilat tərəfindən Prezidentə ünvanlanmış məktubda mühafizə xidməti güclü zəhər olan sianid birləşmələrindən birinin izlərini aşkar edib.
İnsidentlə bağlı Fransanın Konqodakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media