Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Baxın COVID-19 üçün verdiyi test müsbət çıxıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı komitənin rəsmi saytında məlumat verilib.
Məlumata görə, Baxın karantin rejimi davam etsə də, o, onlayn görüşlər keçirməyə hazırdır.
Həmçinin bildirilib ki, prezidentin koronavirusa yoluxması BOK rəsmilərinin bu həftə İsveçrədə keçiriləcək görüşlərini təxirə sala bilər.
Bizim.Media