Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşdüyü iddiasına münasibət bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərin sözügedən məsələ ilə bağlı suallarına “Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşməsi barədə fikirləri ilk dəfədir sizdən eşidirəm” deyə reaksiya verib.
Qeyd edək ki, bəzi jurnalistlər Rusiya və Ukrayna nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərində görüşdüyü barədə iddialar ortaya atıblar.
Bizim.Media