ABŞ-da faşistlərə işləyən erməni haqqında film çəkildi - VİDEO

İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşiszmin qəhrəmanlaşdırılması siyasəti haqda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Bizim.Media-ya verilən məlumata görə, filmdə, bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” qəzeti tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudilərin öldürülməsində iştirak etmiş və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ müharibəsi zamanı erməni mediasının yalanları haqda sənədli film çəkildi - FOTO


Bildirilir ki, məhz “Forward” qəzetinin araşdırmasına görə həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.

Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır.

Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur.

Həmin Erməni Legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü və həmin ərazilərdən faşistlərin yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.

Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə Yerevan şəhərində prezident S.Sarkisyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır.

Həmçinin vurğulanır ki, Yerevanda Njdenin adını daşıyan meydan və metro stransiyası mövcuddur və dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir.

Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yer tutduğu filmdə qeyd olunur.

Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatını təsis etdiyi bildirilərək, bu hərəkatın nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirdiyi vurğulanır.

Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar.

Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

“Orhus”un baş məşqçisi: “Sabah yaxşı komandadır”

“Orhus”un baş məşqçisi: “Sabah yaxşı komandadır”

Çimərliyə gedənlər üçün HAVA DURUMU

Çimərliyə gedənlər üçün HAVA DURUMU

Şərur sakini "tiktok"da ilk paylaşımını etdi - SAXLANILDI

Şərur sakini "tiktok"da ilk paylaşımını etdi - SAXLANILDI

“Real”ın futbolçusu İngiltərə klubuna keçdi

“Real”ın futbolçusu İngiltərə klubuna keçdi

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO

Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO

Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Bakıda 22 milyon manata muzey yaradılacaq

Bakıda 22 milyon manata muzey yaradılacaq

Naxçıvanda "VAZ-2107" "KamAZ"la toqquşdu: 3 nəfər xəsarət aldı - VİDEO

Naxçıvanda "VAZ-2107" "KamAZ"la toqquşdu: 3 nəfər xəsarət aldı - VİDEO

“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Qəbuldan voleybol meydançasına: DGK sədrinin Qusar səfərindən təfərrüatlar - FOTO

Qəbuldan voleybol meydançasına: DGK sədrinin Qusar səfərindən təfərrüatlar - FOTO

Messi ilk 5-likdə - “Qızıl top”un əsas favoritləri

Messi ilk 5-likdə - “Qızıl top”un əsas favoritləri

Bakı-Sumqayıt qatar xətlərində hasarlanma: Təhlükəsizlik zonası necə olacaq? - FOTO

Bakı-Sumqayıt qatar xətlərində hasarlanma: Təhlükəsizlik zonası necə olacaq? - FOTO

Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - RƏSMİ

Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - RƏSMİ

Evin həyətində qadın meyiti aşkar edildi

Evin həyətində qadın meyiti aşkar edildi

İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

End of content

No more pages to load

RADİO