“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross özünün tviter hesabında yazıb.
O, bildirib ki, bu, tarixi bir anda böyük təcrübə idi.
“Azərbaycan qazandığım bir çox dostlara minnətdaram və davamçım Ann Buayona ən yaxşısını arzulayıram. Mən inanıram ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olma", - səfir qeyd edib.
Z.Qross Ermənistan Azərbaycan münasibətlərinə də toxunub: “İnanıram ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər".
Bizim.Media
