NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kosovo və Serbiya arasındakı gərginliyi müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi “Twitter"də yazıb. Baş katib tərəflər arasında mübahisənin həllinin tapılmamasından məyusluğunu ifadə edib.
"İndi məsuliyyət və praqmatik həllərin vaxtıdır. Eskalasiyanın qarşısı alınmalıdır", - deyə Stoltenberq bildirib.
Bizim.Media
