NATO yaxın vaxtlarda Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etməyi planlaşdırmır.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq qeyd edib.
Stoltenberq bildirib ki, NATO münaqişə tərəfinə çevrilmək istəmir, məhz buna görə də hələlik Ukrayna səmasını Rusiyanın raket və təyyarələri üçün bağlamağı düşünmür:
“NATO-nun hələlik Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etmək planı yoxdur”.
Bizim.Media