Rusiya Ordusu Ukraynanın Xerson vilayətinin mülki infrastrukturlarını atəşə tutub, nəticədə 1 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Regional Şurasının sədr müavini Yuri Sobolevskiy məlumat verib.
“Bu gün rusiyalı terrorçuların Xerson şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılar regional xəstəxanaya yerləşdirilib”-,deyə sədr müavini bildirib.
O qeyd edib ki, ruslar şəhəri salxım mərmiləri ilə atəşə tutub.
Bizim.Media