Rusiya tərəfi hərbçilərini Ukraynanın Mariupol vilayətindən keçərək Qulyaipola doğru köçürməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşenko məlumat verib.
O, bildirib ki, gün ərzində Rusiyaya məxsus ən azı 35-40 yük maşını və mühəndis texnikası vilayətin Nikolskoye kəndi ilə Qulyaipole istiqamətində hərəkət edib.
O əlavə edib ki, bu, Rusiya tərəfdən bu istiqamətdə ikinci böyük hərbi gücləndirmədir.
Bizim.Media