Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin 100 ilədək yaşamaq arzusu var idi.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Yeltsinin keçmiş protokol rəhbəri Vladimir Şevçenko yayıb.
"Onun böyük bir xəyalı olub: 100-ə qədər yaşamaq. Lakin sağlamlığı bu xəyalın reallaşmasına imkan vermədi". RİA Novosti agentliyi Şevçenkodan sitat gətirib.
“Yeltsin təsərrüfat işlərini mükəmməl bilirdi. Bu baxımdan inşaatçıdan siyasətçiyə və prezidentə “çevrildi”.
O, güc taparaq iqtidarı tərk etdi və özünə bir varis tapdı”. Keçmiş protokol rəhbəri bununla fikrini tamamlayıb.
Bizim.Media