Xəbər verdiyimiz kimi ötən ay 44 milyard dollar məbləğinə “Twitter” sosial platformasına sahib olan İlon Mask şəbəkədə “mavi tık” üçün aylıq 8 dollar ödəniş tələbi qaldırıb.
Bizim.Media xəbər verir ki, buna narazı olan bir qrup “Twitter” istifadəçiləri amerikalı milyarderi öz şirkəti ilə trollayıblar.
Belə ki, onlar “Twitter”də “Tesla” adından hesab açaraq “mavi tık” alıb maraqlı paylaşım ediblər.
“Son dəqiqə: “ikinci Tesla” Dünya Ticarət Mərkəzini vurdu”,-deyə paylaşımda qeyd edilib.
Bu paylaşımdan sonra “mavi tık” satışının dayandırıldığı bildirilib.
Bizim.Media
