Rusiya Müsəlmanlarının Ruhani liderləri koronavirus infeksiyası üçün yerli dərman istehsalçılarına tərkiblərini göstərmək istəyi ilə müraciət göndəriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Mənbə yazır ki, ruhanilər aşılanmanın günah olub olmamasından narahatlıqlarını bildiriblər.
Moskva Müsəlmanları Ruhani İdarəsinin sədri İldar Alyautdinovun sözlərinə görə, müsəlman alimləri bu məsələ ilə bağlı qərar verməyi planlaşdırırlar.
Onun fikrincə, aşıların halal olmadığı bilinsə, qərar məsləhət xarakterli olacaq.
Bizim.Media